Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının struktur rəhbərləri və əməkdaşları “Şahdağ Quba & Truskavets” sanatoriyasında ekskursiyada olublar.
Tanışlıq zamanı qeyd edilib ki, “Şahdağ Quba & Truskavets” sanatoriyası Qubanın mərkəzində yerləşən müalicəvi-bərpa istirahət kompleksidir. Hotelin tərkibində 500 nəfər şəxsi qonaq etməyə imkan verən komfortlu otaqlar, kitabxana, uşaq əyləncə mərkəzi və kinoteatr mövcuddur. Sanatoriya ən müasir standartlara cavab verən Almaniya istehsalı olan fizioterapiya avadanlıqları ilə təmin olunub. Kompleksdəki fizioterapiya imkanlarından, həmçinin icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində də istifadə etmək mümkündür.