Previous Next

ADPU-nun Quba filialında “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilib. 
Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi, polkovnik Mehman Əliyev, rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, polis mayoru Orxan Şahmarov, Quba filialının direktoru, f.e.d. Yusif Alıyev və filialın müəllim və tələbə heyəti iştirak edib. 
Əvvəlcə, Dövlət Himni səsləndirilib, Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Giriş sözü ilə çıxış edən dosent Yusif Alıyev tədbirin mahiyyəti haqqında qısa məlumat verərək, daxili işlər orqanlarının bu istiqamətdə gördüyü sistemli işlərin rayon ictimaiyyəti və gənclər tərəfindən alqışlandığını diqqətə çatdırıb. 
Çıxış edən Quba Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev gəncləri Azərbaycanın işıqlı gələcəyi naminə qoruyan Azərbaycan polisinin Quba rayonunda da apardığı məqsədyönlü fəaliyyətdən söz açıb.
Şöbənin rəis müavini, polis polkovnik–leytenantı Vüsal Rüstəmov narkotik vasitələr, psixotrop maddələrin növləri, onların insan sağlamlığına vurduğu zərərlər haqqında ətraflı məlumat verərək, gənclərimizi bu kimi amansız bəlalardan qorumağın yolunun maarifləndirmə tədbirlərindən keçdiyini vurğulayıb. 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search