Previous Next

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da bir araya gəldilər

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1974-cü il məzunları ilə görüş keçirilib.
ADPU-nun Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Fizika fakültəsinin dekan müavini, dosent  Xankişi Məmmədov məzunları qarşılayaraq, universitetdə və fakültədə aparılan işlər haqqında ümumi məlumat veriblər. 
Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov da 50 ilin məzunları ilə görüşərək, onları maraqlandıran sualları cavablandırıb, elmi-tədqiqat işləri haqqında məlumat verib. 
Tədris departamentinin direktoru, dos. Sənan  Əliyev son illərdə tədris sahəsində həyata keçirilən yeniliklər haqqında məlumat verib.
Sonra məzunlardan Nizami Əhmədov, Mahir Sarıyev, Sabir Şabanov, Ağaxəlil Əliyev və Əziz  Babayev tələbəlik illərinin xatirələrindən söz açıblar. 
Daha sonra məzunlar ADPU-nun yenilənmiş Kitabxana-İnformasiya Mərkəzi ilə tanışlıq təşkil olunub. Mərkəzin direktoru Zinharə Həsənova burada tələbələrə göstərilən elektron xidmərlər haqqında məlumat verib.
Təhsil aldıqları auditoriyaları gəzərkən ötən illərini bir daha xatırlayan 50 il öncənin məzunları doğma universitetlərindən xoş xatirələrlə ayrıldılar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search