Previous Next

ADPU-nun Ağcabədi filialının əməkdaşları təltif olunublar

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi Universitetin Ağcabədi filialının əməkdaşları ilə görüşüblər. Görüşdə Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov və rektorun müşaviri Ümid Mehdiyev iştirak edib.
Əvvəlcə, dərs prosesi və filialın infrastrukturu ilə tanışlıq olub.
Filialın direktoru, dos. Mobil Məcidov qonaqları salamlayaraq Ağcabədi filialında aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib.
Çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru, dos. Eldar Aslanov filial əməkdaşları ilə görüşdən məmnunluq ifadə edərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci ildə ADPU-nun 100 illik yubileyinin böyük coşqu ilə keçirilməsindən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən Pedaqoji Universitetin bir qrup əməkdaşı “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" və "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə təltif olunmuşlar ki, onların sıralarında ADPU-nun Ağcabədi filialının əməkdaşları da var.
Əmrə əsasən filial əməkdaşlarından dos. Baxış Ələsgərov və dos. Sahib Zeynalov “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı,  dos. Seymur Süleymanov “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı", dos. Mahir Səlimov, dos. Əliqulu Hümmətov, dos. Vaqif Allahverdiyev, dos. Yaqub Səmədov, t.ü.f.d., baş müəllim Əlizadə Nəcəfov və p.ü.f.d., baş müəllim Tahir Kərimli isə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə təltif olunublar.
Görüşdə müvafiq təltiflər filial əməkdaşlarına təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search