Previous Next

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mərhələsi üzrə ən yüksək nəticə göstərən iştirakçılarla tanış olun

Kamran Əliyev - Bakı şəhəri Səbail rayonu 91 saylı tam orta məktəbin məzunudur. 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində tarix ixtisası üzrə təhsil alıb. Hazırda ADPU-nun "Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş" ixtisaslaşması üzrə I tədris ilinin magistrantıdır. 

Vüsalə İsfəndiyarova - Bakı şəhəri 276 nömrəli tam orta məktəbin məzunudur. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunub. Hazırda ixtisası üzrə ADPU-nun SABAH qruplarında təhsil alır. 

Nərmin Musayeva - Abşeron rayonu Hökməli qəsəbə tam orta məktəbinin məzunudur. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Hazırda V tədris ili tələbəsidir. 

Rəhim Kərimov - Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbdən 2019-cu ildə məzun olub. 2019-2023-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADPU-da SABAH magistratura (Təlim və tədrisin təşkili və metodikası) proqramı üzrə təhsil alır. 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search