Previous Next

Ramazan bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Hörmətli həmkarlar, əziz tələbələr!

            Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, bu ayda etdiyiniz ibadət və dualarınızın qəbul olunmasını arzulayıram.

          Ramazan zəngin mənəvi aləmə malik olan Azərbaycan xalqının həyatında mühüm yer tutan İslam ənənələrindən biridir. İnsanlarımızın böyük sayğı ilə yanaşdığı bu ay özündə səbr, dözüm, birlik, bərabərlik, yardımlaşma və huma­nizm kimi nəcib keyfiyyətləri, eləcə də ruhi yenilənməni ehtiva edir.

           Sovetlər dönəmində xalqımızın milli kimliyi və bir sıra adət-ənənələrinə qarşı ögey münasibət bəslənsə də, yenidən müstəqillik əldə etdikdən sonra bütün tarixi-mədəni, milli-mənəvi irsimiz kimi, əlamətdar dini bayramlara da diqqət ayrıldı və xalqın mənəvi dəyərlərinin inkişafı dövlət səviyyəsində təminat aldı.

           Bütün bunlar, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə birbaşa bağlıdır. Bu gün də xalqımızın milli maraqlarının dərin ifadəsi olan bu müdrik siyasi kurs Azərbaycan Respub­lika­sının Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etdirilir.

Dəyərli həmkarlar və tələbələr!

           Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti sayəsində 2023-cü ildə rəşadətli Azərbaycan ordusu tərəfindən həyata keçirilən birgünlük lokal antiterror tədbirləri ilə 44 günlük Vətən mühari­bəsində qazanılmış Böyük Zəfər daha da möhkəmləndi, ölkəmizin ərazi bütöv­lüyü və suverenliyi tam bərqərar oldu, Xankəndidə, Xocalıda və başqa şəhərlər­imizdə üçrəngli bayrağımız dalğandırıldı. Bu müqəddəs ilahi ziyafət gün­lərində Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik.

          Əziz bayram günlərində Pedaqoji Universitet ailəsi olaraq, ölkə rəhbər­li­yi­nin müəyyən etdiyi milli ictimai-siyasi xəttə dəstək vermək, gənclərimizin peşə­kar kadr, sağlam təfəkkürlü və mənəvi cəhətdən kamil vətəndaş kimi yetiş­di­rilməsi işində bundan sonra da əzmlə çalışacağımıza, dövlətin və xalqın inkişa­fının və rifahının təminatı olan gələcək nəsillərin tərbiyə olunması sahəsində vacib missiyanı şərəflə yerinə yetirəcəyimizə əminliyimi ifadə etmək istəyirəm.

Bir daha sizi əlamətdar bayram münasibətilə təbrik edir, əmin-amanlıq və fəaliyyətinizdə uğurlar arzulayıram.

      Bayramınız mübarək olsun!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search