Previous Next

Pedaqoji Universitetdə Fizika Günü qeyd olunub

Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə 12 Aprel - Fizika Günü münasibətilə tədbir keçirilib. 
Universitetin böyük akt zalında keçirilən tədbirdə ADPU rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 
Tədbirdən əvvəl universitetin foyesində Fizika Gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə fizika müəllimliyi və texnologiya müəllimliyi ixtisaslarında təhsil alan tələbələrin, eləcə də Hədəf liseyinin şagirdlərinin hazırladıqlaı cihazlar, robotlar, müxtəlif materiallardan dizayn edilmiş modellər nümayiş etdirilib. 
Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan bədii hissədə tələbələrin hazırladıqları bir-birindən maraqlı səhnəciklər, rəqslər və ifalar iştirakçılara xoş təsir bağışlayıb. 
Tədbir fakültə himninin ifası ilə yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search