Previous Next

ADPU-nun Şəki filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADPU-nun Şəki filialında da silsilə tədbirlər təşkil olunur. Aprelin 17-də keçirilən “Yaşıl dünya naminə həmrəylik” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.
Konfransı giriş sözü açan filialın direktoru, dosent Vurğun Məmmədov çağdaş dünyanın müasir ekoloji problemləri, onların bəşəriyyətə törətdiyi təhlükələr, bu təhlükələri önləmək üçün dünya miqyasında görülən işlər haqqında danışaraq, ölkə başçısı, cənab Prezident  İlham Əliyevin ekoloji problemlərin həllinə beynəlxalq müstəvidə yeni yanaşma ortaya qoyduğunu vurğulayıb.  Direktor, cari ilin noyabr ayında ölkəmizdə keçirilməsi planlaşdırılan COP-29 sammitinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması baxımdan müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, bu tədbir çərçivəsində alınacaq qərarların bütün dünyanın  qarşıdakı illərdə ekoloji problemlərin həllinə ortaq yanaşmasının əsas  norma və prinsiplərini təşkil edəcəyindən əminliyini bildirib.
Daha sonra filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev, Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva və müxtəlif ixtisasların tələbələri məruzə və təqdimatlarla çıxış ediblər. 
Konfransdan sonra filialın həyətində müəllim və tələbələrin iştirakı ilə həmişəyaşıl sərv ağacları əkilib.
Qeyd edək ki, görülən işlərdə tələbələr də aktiv iştirak edirlər. Belə ki, filialın Tələbə Elmi Cəmiyyətinin və Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ekodost” mövzusunda təlim təşkil edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search