Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov və Beynəlxalq layihələr və qrantlar şöbəsinin baş mütəxəssisi Gülnar Dəmirova Erasmus+ proqramı çərçivəsində icra olunan Avropa Komissiyasının (AK) maliyyələşdirdiyi “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təlim, tədris və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsinin Niderlandda keçirilən növbəti təlimlərinə qatılıblar.
Niderland Krallığının Wittenborg Tətbiqi Elmlər Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ali təhsil müəssisələrində daxili keyfiyyət təminatının və eləcə də təhsildə təlim-tədris və qiymətləndirmə proseslərinin təkmilləşdirilməsindən ibarətdir.
Görüşdə layihənin yerli tərəfdaşları olaraq Pedaqoji Universitet və Naxçıvan Dövlət Universiteti, xarici tərəfdaşları olaraq İspaniyanın Mursiya Katolik Universiteti, Niderland Krallığının 456 International B.V təşkilatı və Wittenborg Tətbiqi Elmlər Universitetindən olan nümayəndələr iştirak edirlər.
Təlimlər 15-19 aprel tarixlərini əhatə edir.