Previous Next

“Məktəb Liderliyi Proqramı” çərçivəsində modullar üzrə yekun qiymətləndirmələr başa çatıb

Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə həyata keçirilən Məktəb Liderliyi Proqramı (MLP) dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan və ya çalışmaq arzusunda olan pedaqoji kadrların idarəetmə ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərən peşəkar inkişaf proqramıdır.
Direktor, direktor müavini və müəllimlərin şəbəkələşməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması üçün düzgün liderlik strategiyalarının qazandırılması, problem həll etmə, əməkdaşlıq, kommunikasiya kimi bacarıqların aşılanması Proqramın əsas hədəflərindəndir.
Proqramda 5 modul üzrə 145 saat tədris olunur. Noyabr ayından etibarən modullar üzrə təlimlərə start verilib. Hazırda 2 əyani qrupda 53 nəfər, 3 onlayn qrupda isə 73 nəfər Proqramın iştirakçısıdır.
12, 13 aprel tarixlərində tədrisi başa çatan “Məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə olunması”, “Məktəb sənədləri ilə iş”, “Təhsildə qiymətləndirmə və monitorinq”, “Məktəb heyətinin idarə olunması” modulları üzrə yekun qiymətləndirmələr təşkil olunub.
Məlumat üçün qeyd edək ki, paytaxt da daxil olmaqla 37 digər şəhər və regiondan olan iştirakçılar ADPU-nun V tədris binasında əyani formada təşkil edilən yekun qiymətləndirmələrdə iştirak ediblər.
Bununla yanaşı, qeyd olunan günlərdə iştirakçılar film izləmə saatı, keramika bəzəmə masterklassı, YARAT Müasir İncəsənət Mərkəzinə səfər, Türkiyənin Başkent Universitetinin professoru Servet Özdemirin ustad dərslərini dinləmə və s. kimi bir sıra mədəni tədbir və maraqlı fəaliyyətlərdə iştirak ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search