Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, ADPU TGT-nin tərəfdaşlığı ilə “İlk yardım - ikinci həyata addım” mövzusunda tibbi-profilaktik təlim keçirilib.
Əvvəlcə, Pedaqoji Universitetin TGT sədri Təhmasib İmaməliyev və 2 nömrəli Bakı Baza Tibb Kollecinin TGT sədri Zahid Aydın çıxış edərək düzgün və vaxtında edilərsə zərərçəkmiş şəxsin həyatının xilas olması ilə nəticələnən, tədbirin məqsədini də əks etdirən ilkin tibbi yardımla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd ediblər.
Hamının bacarmalı olduğu, həyati önəm daşıyan ilk yardımın əhəmiyyətinin tələbələrə praktik və nəzəri olaraq izah edildiyi təlimdə qanaxma, ürəkgetmə və s. kimi hadisələr zamanı ilkin tibbi yardım qaydaları praktik olaraq nümyiş olunub.