Previous Next

ADPU-nun magistrantları üçün 132-134 nömrəli Təhsil Kompleksində master-klass təşkil olunub

Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının I kurs magistrantları üçün “132-134 nömrəli Təhsil Kompleksinin strateji və optimal idarəetmə təcrübəsinin öyrənilməsi” mövzusunda master-klass (dərs-görüş) keçirilib.
“Təhsildə liderlik” fənni çərçivəsində auditoriyadankənar dərs formatında təşkil olunan görüşdə ADPU-nun dosenti Şəbnəm Əsədova, Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, direktor müavinləri və magistrantlar iştirak ediblər.
İlk öncə magistrantlar 132-134 nömrəli Təhsil Kompleksinin tarix muzeyi, məktəbin infrastrukturu, kitabxanaları ilə tanış olublar və zəngin ənənələrə malik olan məktəbin tarixi, görkəmli məzunları haqqında geniş məlumat əldə ediblər.
Təşkil edilən master-klassda direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, maddi-texniki bazası, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında magistrantlara ətraflı məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən dərs-görüşdə magistrantları maraqlandıran suallar ətraflı cavablandırılıb. 
Görüşdə gələcəkdə müsbət təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və 132-134 nömrəli Təhsil Kompleksi arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search