Previous Next

Ucar məktəbliləri Pedaqoji Universitetdə olublar

Mayın 1-də Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrəli tam orta məktəbin direktoru Elbrus Baxşəliyev, 5 müəllim və 50 nəfər şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində ekskursiyada olublar. 
Qonaqları qarşılayan ADPU-nun Tədris departamentinin Məzun  Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Kimya və biologiya fakültəsinin dekan müavini, dosent Kərim Quliyev onlara universitet və fakültə haqqında ümumi məlumat veriblər. 
Sonra şagirdlər universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovla, Tədris departamentinin müdiri, dosent Sənan Əliyevlə və Elmi-təşkilati şöbənin müdiri, professor İbrahim Bayramovla görüşüb, ADPU-nun Heydər Əliyev muzeyi və Kitabxana-İnformasiya Mərkəzində olublar. Kitabxana-İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova şagirdlərə e-kitabxana haqqında ətraflı məlumat verib. 
Sonra şagirdlər Kimya və biologiya fakültəsinin Zoologiya muzeyində, Ümumi və qeyri-üzvi kimya, Üzvi və analitik kimya laboratoriyalarında olmuş, professor-müəllim heyəti ilə görüşmüşlər. 
Sonda xatirə şəkli çəkilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search