Previous Next

ADPU YENİ Klub 200 nömrəli məktəbdə maarifləndirici tədbir keçirib

Mayın 8-də ADPU YENİ Klubun təşkilatçılığı ilə Gültəkin Əsgərova adına 200 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib. 
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yaf edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Gülər Rəsulova çıxış edərək yol hərəkəti qaydalarını bilməyin əhəmiyyətini vurğulayıb.
Daha sonra şagirdlər üçün yol hərəkəti qaydalarını izah edən cizgi filmi nümayiş etdirilib. 
Pedaqoq, uşaq psixoloqu, yaşam kouçu və təlimçi Ruhəngiz Qurbanova yol hərəkəti qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verib.
Sual-cavab formasında davam edən tədbir şagirdlərin böyük marağına səbəb olub.
Sonda Pedaqoji Universitetin tələbərinin hazırladıqları videoçarx nümayiş olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search