Previous Next

ADPU-nun Quba filialında ustad mühazirəsi: Mütərəqqi təhsil strategiyasının banisi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Mütərəqqi təhsil strategiyasının banisi” mövzusunda ustad mühazirəsi keçirilib.
Filialın direktoru, dosent Yusif Alıyev tərəfindən söylənilən mühazirədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən birinin dahi şəxsiyyətin xalqımızın tarixinə, mədəniyyətinə, təhsilinə həqiqi övlad məhəbbəti ilə yanaşması, diqqət və qayğısından bəhs edilib, Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının 35 illik dövrünün Ulu Öndərimiz Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı olmasından danışılıb. Azərbaycan təhsilində əsası Ulu Öndər tərəfindən qoyulan və hələ də davam edən mütərəqqi ideyalar vurğulanıb: “Ulu öndər Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Ümummilli Liderin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Məhz buna görə də, bütün təhsil işçiləri Ümummilli Liderin həyat və faəliyyətini gənc nəslə aşılamaq üçün yaxın tariximizi yaxşı bilməlidir. Çünki Ulu Öndər Heydər Əliyev bizə tarixin hədiyyəsi idi”.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search