Previous Next

ADPU-nun Fizika fakültəsində “Gələcəyə addım” VI elmi konfransı keçirilib

Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Ümummilli Lider Heydəl Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gələcəyə addım” VI elmi konfransı keçirilib. Konfransda fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. 
Konfransı giriş sözü ilə açan fakütə TEC-nin sədri, dosent Xatirə Adgözəlova TEC-nin fəaliyyəti haqqında təqdimatla çıxış edib. Qeyd edilib ki, konfransa ümumilikdə 82 tezis təqdim olunub. 
Çıxış edən Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ilk dəfə olaraq konfransın bölmələrinə “STEAM - müasir təhsil metodu” bölməsi daxil edilib. Bu bölmə üzrə digər fakültələrdə təhsil alan tələbələr də iştirak edir. 
Daha sonra “Fizika günü” tədbirində fəallığı və ictimai fəaliyyəti ilə fərqlənən tələbələrə “Dean Honor list” (Dekanın fəxri diplomu) təqdim edilib. 
Çıxış edən Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin şöbə müdiri və BDU-nun Optika və molekulyar fizika kafedrasının dosenti Lətif Əliyev konfransın keçirilməsinin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. 
Plenar iclasda Fizika fakültəsinin III tədris ili tələbəsi Nərmin Həsənovanın “STEAM ilə dəstəklənən öyrənmə - tələbələrdə sahibkarlıq bacarıqlarının inkişafı” mövzusunda çıxışı dinlənilib. 
Daha sonra konfrans 6 bölmə üzrə fəaliyyətini davam etdirib. 
Yekunda uğurlu çıxış edən tələbələrə diplom və sertifikatlar təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search