Previous Next

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin finalı keçirilib

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin final mərhələsi keçirilib. 
Finala vəsiqə qazanan 66 iştirakçı komandalar halında layihə hazırlanması və təqdim olunması, böhran vəziyyətlərində idarəetmə, GZİT analizi, kreativ yanaşma kimi istiqamətlər üzrə müvafiq keyslər yerinə yetirib, layihə təkliflərini münsiflər qarşısında təqdim ediblər. 
Proses boyu ekspertlər tərəfindən iştirakçıların həm komanda halında işləmə bacarıqları, həm də fərdi keyfiyyətləri meyarlar əsasında qiymətləndirilib. Münsiflər heyəti arasında ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, Pedaqoji Kollecin direktoru, dosent İsrayıl İsgəndərov, ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və BDU-nun Coğrafiya fakültəsinin tədris işləri üzrə direktor müavini, ADPU Gənc Məzunlar Assosiasiyasının sədri Eltac Cəbiyev təmsil olunub.
Müsabiqənin yekun nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. 
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Eyni zamanda, xüsusi fərqlənən əlavə 10 nəfər iştirakçı da həvəsləndirici mükafata layiq görüləcək və onlar da mentorluq proqramına cəlb olunacaqlar. Həmçinin müsabiqənin finalçıları  kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.
“bp Azərbaycan”, “Prestij-S” Tədris Mərkəzi və “İT Brains Academy” müsabiqənin sponsorlarıdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search