Previous Next

Türkiyə universitetlərinin rektorları ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunublar

Mayın 21-də Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız, Ankara Universitetinin rektoru Necdet Ünüvar və Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova qonaqlarla görüşüblər.
Görüş zamanı ADPU-nun rektoru, professor Cəfər Cəfərov Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün layiqli nümunə olduğunu vurğulayıb, “bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. 
Rektor Cəfər Cəfərov, həmçinin ADPU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dilin tədrisi səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib. 
Daha sonra ADPU və Türkiyə universitetləri arasında mövcud əlaqələrin genişləndirilməsi, elmi əlaqələrin qurulması,  akademik heyət və tələbələrin qarşılıqlı mübadilə perspektivləri müzakirə olunub. 
Görüşdə, həmçinin  Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və rektorlar Musa Yıldız, Necdət Ünüvar və Mehmet Cahid Güran “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı ilə təltif olunublar. 
Yekunda qonaqlar universitetin tədris binası, eləcə də ADPU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türksoy kafedrası, Türkoloji Mərkəz, Heydər Əliyev muzeyi, akt zalı və kitabxana ilə tanış olub, yeni açılmış “türk dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbələri ilə görüşərək dərs prosesini izləyiblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search