Previous Next

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Mayın 24-də “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 
Mərasimdə açılış nitqi ilə çıxış edən müsabiqənin Təşkilat Komitəsinin sədri, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov vurğulayıb ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin məqsədi Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. 
Rektor deyib: “Biz inanırıq ki, 4 ay ərzində davam edən uzun və gərgin prosesin yekununda 900-dək iştirakçı arasından seçilərək müsabiqədə qalib gələn tələbə və magistrantlarımız gələcəkdə universitetimizdə, eləcə də ölkəmizin təhsil sferasında öz layiqli yerlərini tutacaq və aparılan genişmiqyaslı təhsil islahatlarına, ölkə təhsil sisteminin hərtərəfli inkişafına böyük töhfələr verəcəklər”.
Bildirilib ki, həyata keçirilən müsabiqə idarəetmə və təhsilin inkişafı sahəsində ölkəmizdə və dünyada baş verən müsbət dinamikadan ilhamlanaraq bu prosesi daha da stimullaşdırmaq və sistemləşdirmək təşəbbüslərindən qaynaqlanır. Bu kimi təcrübənin Azərbaycan ali təhsil müəssisələri arasında ilk də olaraq Pedaqoji Universitetdə həyata keçirilməsi isə ayrı bir qürur və məsuliyyət hissi doğurur. ADPU müsabiqənin növbəti illərdə də davam etdirilməsi və digər ali təhsil ocaqları ilə də bu təcrübəni paylaşmaqda maraqlıdır.
Müsabiqənin gedişi ilə bağlı videoçarxın nümayişindən sonra çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini, III “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova da bu kimi təşəbbüslərin təhsilin inkişafı və gənclərin təhsil idarəetməsinə cəlb olunması sahəsində unikal bir model kimi diqqət doğurduğunu qeyd edib, müsabiqə qaliblərinin yaradılan imkanlardan bəhrələnmələrini, eləcə də universitetlə yanaşı digər təhsil idarəetmə qurumlarında da inkişaf proqramlarına cəlb olunmalarının vacibliyini qeyd ediblər.
Daha sonra müsabiqənin ekspertləri, finalçıları, xüsusi mükafatçıları və qalibləri təltif olunublar.
Təranə Ağaverdiyeva (Məktəbəqədər təhsil fakültəsi, III tədris ili), Nəzrin Aslanlı (Filologiya fakültəsi, IV tədris ili), Aygül Əliyeva (SABAH qrupları, IV tədris ili), Aida İbrahimova (Kimya və biologiya fakültəsi, II tədris ili), İsmət Qəribov (SABAH magistratura, I tədris ili), Ayişə Çunayeva (Riyaziyyat fakültəsi, IV tədris ili), Aysel Şəfiyeva (SABAH magistratura, II tədris ili), Ruqiyyə Məmmədova (Kimya və biologiya fakültəsi, V tədris ili), Rəhim Kərimov (SABAH magistratura, I tədris ili) və Murad Fərhadlı (Magistratura, I tədris ili) müsabiqənin qalibi olub, Validə İsmayılzadə (Filologiya fakültəsi, I tədris ili), Fidan Nəzərəliyeva (Filologiya fakültəsi, II tədris ili), Sürəyya İslamova (SABAH qrupları, III tədris ili), Elza Nəsibova (SABAH qrupları, IV tədris ili), Elnarə Məmmədova (Tarix və coğrafiya fakültəsi, V tədris ili), Bənövşə Dursunəliyeva (SABAH qrupları, III tədris ili), İlkin Quluzadə (Magistratura, I tədris ili), Səfa İdrisov (Kimya və biologiya fakültəsi, II tədris ili), Nəsibə Qəhrəmanova (Magistratura, I tədris ili) və Günay Əhmədova (Riyaziyyat fakültəsi, III tədris ili) isə  xüsusi mükafata layiq görülüblər.
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər biri 1000 AZN məbləğində pul mükafatı, eləcə də müsabiqənin sponsorları olan “bp” tərəfindən akademik nəşrlər və hədiyyələr, “Prestij-S” Tədris Mərkəzi tərəfindən 1 illik xarici dil paketi və “IT Brains Academy” tərəfindən İT üzrə 1000 AZN-lik təhsil paketi əldə ediblər. Ən əsası isə qaliblərə Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Eləcə də, müsabiqədə yüksək bacarıq göstərərək fərqlənən digər 10 finalçı müsabiqənin xüsusi mükafatçısı kimi hədiyyələrlə təltif olunub və onlar da 1 illik mentorluq proqramında iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdirmək şansı qazanıblar. Müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla müvafiq sertifikat əldə edəcəklər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search