Previous Next

Qaliblərimizi tanıyaq!

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin qalibi Ruqiyyə Elşən qızı Məmmədova Şəmkir rayonu Qarallar kənd tam orta məktəbində təhsil alıb, məktəbi fərqlənmə ilə  bitirib. 2019-cu ildə Pedaqoji Universitetin “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunub. Hazırda V tədris ilinin tələbəsidir.
2020-ci ildə BAİB (Bizimlə Addımla İctimai Birliyi) tərəfindən "İlin biologiya müəllimi" adı ilə təltif olunub,  daha sonra 2021-ci ildə Şəmkir Gənclər Evi və Gənc Yaradıcılar Təşkilatının birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndərin yolu” layihənin qalibi olub. 
Bununla yanaşı 2020-2021-ci illərdə psixoloq Mədinə Quliyevanın təşkil etdiyi "Özünü sev" adlı layihədə iştirak edərək bölgələr üzrə təşkil olunmuş qruplardan birinə rəhbərlik edib, habelə həmin qrup daxilində ətraf ərazilərdə "mənəvi zövqün yüksəldilməsi" yolunda işlər görmüş, tablo və şəkillərlə mənəvi zövqün yüksəldilməsi istiqamətində işlər görmüş, komandası fərqlənmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search