Previous Next

Pedaqoji Universitetdə yeni bakalavr və magistr ixtisasları açılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2024/2025-ci tədris ili üçün qəbul planı təsdiqlənib.

Artıq Pedaqoji Universiteti seçən tələbələr bakalavriat və magistratura səviyyələrində yeni açılan ixtisaslarda da təhsil ala biləcəklər. Belə ki, ADPU-da bakalavriat səviyyəsində yeni tədris ilindən Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə qəbul həyata keçiriləcək. Bununla da bakalavriat səviyyəsi üzrə ixtisasların sayı 25-ə çatmış olacaq. Eyni zamanda növbəti tədris ilindən universitetdə Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə SABAH qruplarına da qəbul aparılacaq.

Magistratura səviyyəsi üzrə isə Təhsildə qiymətləndirmə və monitorinq (SABAH) və Menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) ixtisaslaşmalarına ilk qəbul aparılacaq və beləliklə, Pedaqoji Universitetdə magistratura səviyyəsində 22 ixtisas üzrə 30 ixtisaslaşmada yüksək keyfiyyətli mütəxəssis hazırlığı həyata keçiriləcək.

Ümumilikdə ADPU-nun SABAH qruplarında balakavriatura üzrə Korreksiyaedici təlim və Məktəbəqədər təhsil ixtisasları ilə birgə 3 ixtisasda kadr hazırlığı aparılacaq. Magistratura səviyyəsində isə Təlim və tədrisin təşkili və metodikası (SABAH) ixtisaslaşması ilə birgə 3 ixtisaslaşmada SABAH magistratura proqramı icra olunacaq.

Pedaqoji Universitetin 2024/2025-ci tədris ili üçün qəbul planında da artım var. Belə ki, ötən ilə nisbətən qəbul planı bakalavriat səviyyəsi üzrə 2570- nəfərdən 2655-ə (Azərbaycan bölməsi üzrə 2265, rus bölməsi üzrə 270, ingilis bölməsi üzrə isə 120 plan yeri), magistratura səviyyəsində isə 443-dən 499 nəfərə qaldırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search