Previous Next

ADPU-da SABAH qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində tədris planlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin Çankaya Universitetinin professoru Buket Ağqoyunlu və  Hacettepe Universitetinin dosenti Saleh Bardaqçı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ekspert qrupu üçün təlimlər keçirilir. 
2-5 iyul tarixlərində davam edəcək təlimlərin məqsədi ali təhsil kurikulumlarının hazırlanmasında yeni yanaşmalara, fənlərin və kreditlərin müəyyənləşdirilməsi prinsipləri, təlim nəticəsi - fənn - təlim metodları - qiymətləndirmə strategiyası əlaqələrinin əhəmiyyətinə diqqət çəkmək və ekspertlərin bu mövzularda praktiki bacarıqlarını inkişaf etdirməkdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search