Previous Next

ADPU-da Məzun günü keçirildi

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun günü keçirilib.
Məzun günündə Pedaqoji Universitet rəhbərliyi, məzunlar və tələbələr, eləcə də onların ailə üzvləri iştirak ediblər.
Mərasimin rəsmi hissəsində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzun olan tələbələrə üzünü tutaraq Azərbaycanımızın fədakar gəncliyinin nümayəndələri kimi gələcəyimiz olan şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, eləcə də elmi-yaradıcı fəaliyyətə başlamaq üçün bu gün müstəqil addımlarını atmaları, bu şərəfli missiyaya başlamaları münasibəti ilə onları təbrik edib, uğurlar arzulayıb.
Rektor qeyd edib ki, çağdaş dünyamızda müəllimin əsas keyfiyyəti dəyişilmə və yüksək uyğunlaşma qabiliyyətidir.  Buna görə də ixtisas bilikləri ilə yanaşı, milli kimliyə, peşəkar və daimi inkişaf etdirilən davranış səriştələrinə, rəqəmsal və xarici dil bacarıqlarına malik olmaq gənc mütəxəssislərin əsas silahlarıdır. 
Daha sonra təhsil aldıqları dövrdə yüksək akademik göstəriciləri, eləcə də sosial-ictimai fəaliyyəti ilə fərqlənən məzunlar Pedaqoji Universitet rəhbərliyi adından Fəxri Fərmanla təltif edilib.
Ardınca mərasim konsert proqramı ilə davam etdirilib. Gənclərin sevimli ifaçılarının təqdimatında səslənən bir-birindən maraqlı ifalar tələbələr tərəfindən böyük coşğu ilə qarşılanıb.
Qeyd edək ki, hazırda ADPU-da Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır, hər il prioritet sahələr üzrə yeni ixtisaslara qəbul aparılır, Universitetin qəbul planı son illər 100 faiz dolur. Cari tədris ilində ADPU-da qəbul aparılan bakalavr ixtisaslarının sayı 25-ə, magistr ixtisaslaşmalarının sayı isə 30-a çatıb. Son illərdə ADPU-nu seçən abituriyentlər arasında 500 və  600 baldan yüksək nəticə göstərənlərin sayında kifayət qədər artım müşahidə olunur. 
Bu il Pedaqoji Universitetdən filiallar və Pedaqoji Kolleclə birgə ümumilikdə 4700 nəfərdən çox tələbənin məzun olması nəzərdə tutulur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search