Previous Next

ADPU-da Elmi Şuranın iclası - Riyaziyyat fakültəsinə yeni dekan seçilib

İyulun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2023/2024-cü tədris ili üçün sonuncu iclası keçirilib. 
İclası giriş sözü ilə açan Elmi Şuranın sədri, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açıb və ötən dövrdə elmi ad və dərəcələr almış əməkdaşlarlara müvafiq diplomları təqdim edib. Pedaqogika elmləri doktoru Nabat Cəfərovaya professor diplomu, tarix üzrə fəlsəfə doktoru Şəhla Qurbanova və kimya üzrə fəlsəfə doktoru Gülnarə Babayevaya dosent attestatı, kimya elmləri doktoru  Kərim Quliyev və filologiya elmləri doktoru Ədalət Abasova elmlər doktoru diplomu, pedaqogika üzrə fəlsəfə doktoru Xatirə Qocayeva, filologiya üzrə fəlsəfə doktoru Elnarə Niftəliyeva və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadəyə fəlsəfə doktoru diplomu təqdim olunub.
Daha sonra Tədris departamentinin direktoru, dosent Sənan Əliyev ADPU-da 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasının nəticələri barədə, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov isə 2023/2024-cü tədris ili üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi və yaz imtahan sessiyasının yekunları barədə məruzə ediblər.
Riyaziyyat fakültəsində dekan seçkisinin nəticələri barədə məruzə edən Tədris departamentinin direktoru, dosent Sənan Əliyev diqqətə çatdırıb ki, iyulun 8-də keçirilən seçkilərdə dosent Allahverdi Qədir oğlu Cəfərov fakültəyə yeni dekan seçilib.
Daha sonra cari məsələlər müzakirə olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search