Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.
“COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçirilən simpoziumda akademiklik diplomu prof. Mahirə Hüseynovaya təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti, prof. Elçin Xəlilovun açılış nitqi ilə çıxış etdiyi simpoziumda görkəmli elm adamları və ictimai xadimlər də iştirak ediblər.