Previous Next

600-dən yüksək bal toplayan və beynəlxalq idman yarışlarının mükafatçıları olan tələbələr ADPU-nu seçib

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsində tələbə qəbulunun ilkin nəticələrinə görə Pedaqoji Universitetdə 2655 mövcud plan yerindən 2626-sı (99 faiz) dolub. Tələbələrin 59,06 faizi dövlət sifarişi əsasında (1551 nəfər), 40,94 faizi isə ödənişli əsaslarla (1075 nəfər) ADPU-ya qəbul olunub.

Qəbul olunanların 48 faizi 400 baldan (1252 nəfər, ötən il 981 nəfər), 12 faizi isə 500 baldan (314 nəfər, ötənilki göstərici 79 nəfər) yüksək nəticə göstərən abituriyentlərdir. 13 nəfər xanım abituriyent isə 600 baldan yüksək nəticə ilə ADPU-nu seçiblər. Onlardan 4-ü universitetin Riyaziyyat və informatika müəllimliyi ixtisasına, 2-si Riyaziyyat müəllimliyi, 1-i Azərbaycan dili və ədəbiyyatı müəllimiyi, 1-i isə Xarici dil müəllimliyi ixtisasına qəbul olunub, 5 nəfəri isə Pedaqoji Universitetin filiallarını seçiblər.

O, cümlədən, ADPU-ya ən yüksək balla qəbul olunan tələbə 663.9 balla Riyaziyyat və informatika müəllimliyi ixtisasını seçən Fatimə Fuad qızı Nəcəfzadədir. Həmçinin, bu il 6 nəfər olimpiya və beynəlxalq idman yarışlarının mükafatçıları müsabiqədənkənar qaydada Pedaqoji Universitetin Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasına qəbul olunublar.

Bu il Pedaqoji Universitet və filiallarında 13 ixtisas üzrə dövlət sifarişli yerlərdə 500-dən yüksək keçid balı formalaşıb. Universitet üzrə dövlət sifarişli yerlərdə ən yüksək keçid balı isə ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 606.9 baldır.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ADPU-nun ixtisasları üzrə orta qəbul balı 382.63 bal təşkil edir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search