Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU Təhsil Könüllüləri Tələbə Birliyi (ADPU TKTB), Azərbaycan Respublikası Gənclər Fondunun (AR GF) dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Qarabağ: Qəhrəmanların dastanı" adlı panel görüş keçirilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlərdən Pedaqoji Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, NAYORA-nın baş katibi Nərminə Hüseynzadə və "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov Qarabağ müharibəsi, qəhrəmanlıq dastanları və gənclərin rolu haqqında ətraflı danışaraq vacib fikirlər səsləndiriblər.
Çıxışlardan sonra panel müzakirəsi başlayıb. Müzakirədə tanınmış jurnalist Jalə Həsənli və 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilərimiz yer alıblar. Onlar müharibə dövründə yaşadıqları döyüş xatirələrini bölüşüblər. Eyni zamanda, Vətən müharibəsinin əhəmiyyəti, bu mübarizənin gənclərin gələcəyinə təsiri və gənclərin informasiya müharibəsindəki rolu barədə də fikirlərini ifadə edibər.