Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyinə ekskursiya təşkil olunub.
1932-ci ildən fəaliyyət gösyərən muzeyə ekskursiya zamanı elm xadimləri, ziyalılar, maarifçilər haqqında sənəd və materiallar, müxtəlif dövrlərdə Azərbaycan təhsilinin inkişafını əks etdirən eksponatlarla yaxından tanış olan tələbələr onları maraqlandıran suallara cavab alıblar.