Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə maraqlı təşəbbüs həyata keçirib.
ADPU THİK sədri Cəmilə Qurbanova və təşkilatın fəal üzvləri universitet rəhbərliyi, fakültə və sturuktur rəhbərləri, eyni zamanda bir sıra müəllimlərlə görüşüb, onlara peşə bayramları münasibətilə xoş arzularını çatdırıblar. Görüşlərdə ADPU THİK adından hazırlanmış hədiyyələr müəllimlərə təqdim edilib.