Previous Next

ADPU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə intellektual yarış keçirilib

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) nəzdində fəaliyyət göstərən Gənc İntellektlər Klubunun təşkilatçılığı ilə tələbələr arasında intellektual yarış keçirilib.

Yarışda 35-dən çox komandanın tərkibində universitetin müxtəlif fakültələrində təhsil alan 200 nəfərdən artıq tələbə iştirak edib. Yarış iştirakçıları müxtəlif mövzularda onlara ünvanlanan maraqlı və düşündürücü sualları cavablandırıblar. 

Gərgin bilik mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən qalib olan komandaların üzvləri diplomlarla təltif olunublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search