Previous Next

ADPU-nun tələbələri və xor kollektivi universitetlərarası bədii yaradıcılıq müsabiqə-festivalının qalibi olublar

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tələbələrin bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

26 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən müsabiqə-festivalında mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) xor kollektivi və ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) fəal üzvləri də yer alıb.

Müsabiqə-festivalda Pedaqoji Universitetin xor kollektivi müvafiq nominasiya üzrə II yerə layiq görülüb. Filologiya fakültəsinin tələbəsi Aytac Muradlı "Bədii qiraət (klassik)" nominasiyasında, Riyaziyyat fakültəsinin tələbəsi Dilarə Abdullazadə isə "Vokal (müasir)" nominasiyasında  I yer tutublar. İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbəsi, II Qarabağ müharibəsi qazisi Afiq Əsədov "Aşıq musiqisi" nominasiyasında II yerə layiq görülüb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search