Previous Next

ADPU-nun Quba filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi konfrans oktyabrın 11-də işə başlayıb.

Beynəlxalq konfrans Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri əsasında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Quba filialının birgə təşkilatçılığı ilə keçirilir.

Əvvəlcə konfransın iştirakçılarından ibarət nümayəndə heyət Ümummilli Lider Heydər Əliyevin Qubadakı heykəli önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram göstəriblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ADPU-nun Quba filialının fəaliyyətindəki uğur və nailiyyətləri, o cümlədən mövzuya dair əvvəlki konfrnasların çağırışlarını özündə ehtiva edən film nümayiş olunub.

Rəsmi hissə, bədii proqram və 3 paneldən ibarət olan, iki gün davam etməsi planlaşdırılan konfrans çox sayda yerli və xarici təhsil müəssisələrinin təşkilati dəstəyi ilə həyata keçirilir. Tərəflər təşkilati prosesdə gündəlikdə olan mövzuya xüsusi həssaslıqla yanaşdıqlarını ifadə ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq tədbirinə böyük səylə ev sahibliyinə hazırlaşan Azərbaycan bu istiqamətdə ölkənin elm və təhsil ictimaiyyəti qarşısında da təxirəsalınmaz vəzifələr qoyub. Başqa sözlə, Azərbaycan dövlətinin məqsədyönlü COP29 siyasətinin ölkənin elm və təhsil ictimaiyyəti qarşısında qoyduğu vəzifələr Pedaqoji Universitetin və onun Quba filialının kollektivi tərəfindən də yüksək məsuliyyətlə qəbul olunur və prosesə xüsusi elmi-pedaqoji həssaslıqla yanaşılır. Məhz bu baxımdan da “Yaşıl dünya naminə yaşıl təhsil” ADPU-nun Quba filialının gündəlik fəaliyyətində vacib çağırışdır.

Rəsmi açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, Pedaqoji Universitetin rektor müşaviri Ümid Mehdiyev, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Bişkek Musiqi Pedaqoji İnstitutunun (Qırğızıstan) professoru Ulanbek Mambetakunov, Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialının (Rusiya Federasiyası) dosenti Marina Çotçayeva, Pəncab Universitetinin (Pakistan)  professoru Safdar Ali Şirazi və başqaları iştirak ediblər.

Məlumat verilib ki, konfransa indiyədək ümumilikdə 74 məqalə təqdim olunub. Onlardan 54-ü Təşkilat Komitəsinin redaksiya heyəti tərəfindən təsdiqlənib. Məqalələrin qəbulu 2024-cü il noyabrın 12-dək davam edəcək. Məqalələrdə bütün sahələri əhatə edən qlobal məkanda aktual olan ən vacib beynəlxalq problemlərə toxunulur. 

Ümumilikdə konfransın təşkilinə 7 ölkədən 12 ali məktəb dəstək verib.

Qeyd edək ki, konfrans çərçivəsində həm də filialda Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun adını daşıyan auditoriyanın açılışı olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search