Previous Next

Kibertəhlükələrə qarşı diqqətli olaq

Hörmətli həmkarlar, əziz tələbələr!

Qlobal miqyasda kiberdələduzluq halları durmadan artmaqdadır. Hər birinizi bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa, şəxsi və sosial şəbəkə hesablarınızla bağlı məlumatları ikinci şəxslərlə paylaşmamağa çağırırıq. 
Rəqəmsal təhlükəsizliyinizi qorumaq üçün aşağıda qeyd olunan qaydalara riayət etməyiniz vacibdir:

  • Sosial şəbəkə və imeyl hesablarınızda ikimərhələli qoruma şifrəsini aktivləşdirin və şifrələrin məxfiliyini qoruyun. 
  • Yalnız orijinal sayt və mobil tətbiqlərdən istifadə edin, saxta və modifikasiya olunmuş, şəxsi məlumatlara daxil olmağı tələb edən tətbiqlərdən istifadədən çəkinin.
  • Tanımadığınız şəxslərdən, şübhəli hesablardan daxil olan mesaj, zəng və sorğuları cavablandırmayın.
  • Tanıdığınız şəxslərin adından daxil olan, şəxsi məlumat, sosial şəbəkə hesabları və bank hesablarınızla bağlı məlumat əldə edilməsi məqsədi ilə verilən sualları cavablandırmayın (belə hallar tanıdığınız şəxslərin hesablarının kiberdələdüzlar tərəfindən ələ keçirildiyinə işarə ola bilər).
  • Mesaj vasitəsi ilə daxil olan naməlum keçidlərə daxil olmayın və giriş üçün tələb olunan məlumatları daxil etməyin.
  • Bank kartlarınızla  bağlı heç bir məlumatı qarşı tərəflərə ötürməyin.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search