Previous Next

ADPU SİM “Peşəkar təcrübə proqramı”na start verib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) ADPU-da magistratura və doktorantura səviyyəsində təhsil alan və ya almış şəxslər üçün elan etdiyi könüllü əsaslarla “Peşəkar təcrübə proqramı”nın seçim mərhələsi başa çatıb.

60-a yaxın müraciətin olduğu proqramda uyğun namizədlər müsahibəyə dəvət olunub. Namizədlərdən 7 nəfəri müsahibədən uğurla keçərək təcrübəçi olaraq seçilib və oktyabrın 23-dən etibarən ADPU SİM-də təcrübəyə başlayıblar.

Qeyd edək ki, proqrama seçilən təcrübəçilər ADPU-nun müxtəlif ixtisaslaşmalarında təhsil alan magistrantlardırlar.

Təcrübə proqramının 3 və ya 6 ay müddətində (həftəiçi günlərdə həftəlik 20 saat olmaqla) təşkili nəzərdə tutulur. Proqramı uğurla tamamlayan təcrübəçilərə müvafiq şəhadətnamə təqdim olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search