Previous Next

ADPU-da Keyfiyyət Komissiyasının iclası keçirilib

Oktyabrın 30-da  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Keyfiyyətin təminatı şöbəsi yanında Keyfiyyət Komissiyasının və İşçi Qrupunun birgə onlayn iclası keçirilib.

Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov iştirakçılara iclasın mahiyyəti və gündəliyi  haqqında məlumat verib.  Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov Fəaliyyət planı hesabatının müzakirəsini açıq elan edib və ümumi iş prosesi haqqında iştirakçıları məlumatlandırıb.

Əsas hissədə Könül Pirverdiyeva, Lətif Kəngərlinskiy, Əlmusa Atamalıyev və digər üzvlərin Fəaliyyət planı hesabatı haqqında suallarına cavab verilib və əlavələri əlaqəli şəkildə müzakirə olunub.

İclasın plana uyğun olaraq dos. Qalib Şərifovun İnkluziv təhsil siyasəti sənədi və ADPU-da İncəsənət və fiziki tərbiyə fakültəsinin professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi barədə təklifləri müzakirə edilib. Dos. Eldar Aslanov, Könül Pirverdiyeva, dos. Nazilə Abdullazadə, Yeganə Cəlilova, Qərənfil Məmmədzadə və digər üzvlərin sualları cavablandırılıb, qeyd və təklifləri müzakirə edilib.

Sonda tələbələr arasında reytinq sorğunun aparılma forması, Monitorinq komissiyasının tərkibinin müzakirəsi və ADPU-da professor-müəllim heyətinin qiymətləndirilməsində COP 29-a görə yaranacaq 10 günlük gecikmənin müzakirəsi aparılıb. 

İclasın yekununda ADPU-nun İnklüziv təhsil siyasət sənədinin, professor-müəllim heyətinin reytinq qiymətləndirilməsinin və tələbələrlə sorğunun (reytinq) aparılma formasının təkmilləşdirilməsi yönündə fikir və qeydlər ümumiləşdirilərək  növbəti görüşlər üçün planlaşdırmalar aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search