Previous Next

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə təlimlər başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə təlimlərə start verilib. İlkin olaraq “Məktəbəqədər təhsil müəssisələrinin (MTM) heyətinin idarə edilməsi” və “Təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsi” modulları üzrə təlimlər təşkil olunub. Proqram çərçivəsində növbəti həftədən etibarən  "MTM-də daxili keyfiyyət sisteminin qurulması", "MTM-də sənədlərlə iş " modullarının tədrisi nəzərdə tutulub.

Qeyd edək ki, proqrama 600-dən çox namizəd müraciət edib. 200-dən çox namizəd müsahibə mərhələsində iştirak  hüququ qazanıb ki, bu namizədlərdən də 107 nəfəri müsahibədən uğurla keçərək proqramda iştirak şansı əldə edib. Proqram üzrə təlimlər Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundan olan iştirakçılardan ibarət 2 qrupda, digər regionlardan olan iştirakçılar üçün isə 1 qrupda, əsasən onlayn olmaqla hibrid formada təşkil olunur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search