Previous Next

ADPU-nun Şamaxı filialında “Güclü ordumuz, milli qürurumuz” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş “Güclü ordumuz, milli qürurumuz” adlı tədbir keçirilib.  Tədbirdə filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak ediblər.

          Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçmiş  qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Silahlı Qüvvələr Gününə həsr olunmuş  videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq bu əlamətdar günün tarixindən və Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu sahəsində gördüyü işlərdən  ətraflı bəhs edib. Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov “ Ordu dövlətin dayağıdır!” mövzusunda məruzə ilə çıxış edib.

Məruzənin ardınca filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sənubər Şükürovanın “Bədii ədəbiyyatda xalq qəhrəmanlarına ümümxalq məhəbbətinin tərənnümü”, Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərmanovun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurları” və riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbəsi Toğrul Mənəfovun “Zəfər tarixini yazan Azərbaycan gəncliyi” mövzusunda çıxışları dinlənilib.

Tədbir Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Narınc Cəbrayılovanın ifasında  Leyla Əliyevanın müəllifi olduğu “Azərbaycan əsgəri” şeirinin səsləndirilməsi ilə başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search