Previous Next

ADPU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri və professor-müəllim heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əbədi xatirələrini yad edərək məzarları üzərinə gül dəstələri qoyublar. Eləcə də görkəmli dövlət xadimi Əziz Əliyev və tanınmış həkim-alim Tamerlan Əliyevin xatirələri yad olunub.

“Xalqa həsr olunmuş ömür” adlı tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və  kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə baş tutan tədbir Ulu Öndərin və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsininin yad edilməsi ilə başlayıb. Ümummilli Liderlə vida mərasimdən görüntülər təqdim olunduqdan sonra  ADPU-nun  rektoru  professor Cəfər Cəfərov çıxış edib. Rektor qeyd edib ki, hər bir xalqın tarixi onun yetirdiyi görkəmli şəxslərin fəaliyyəti ilə sıx bağlıdır. Tarix bəzən elə nəhəng simalar yetişdirir ki, xalq onları özünün idealı, iftixar mənbəyi, əbədi lideri kimi qəbul edir. Belə fenomenal  şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Heydər Əliyev elə nadir  liderlərdəndir  ki, öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sistem şəraitində uğurla rəhbərlik edib, hər iki dövrdə xalqın dərin hörmətini, etimadını və dəstəyini qazana bilib. Ulu Öndər istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının  ali rəhbərliyində təmsil olunduğu zaman ölkəmiz və xalqımız qarşısında elə müstəsna xidmətlər göstərib ki, 2003-cü ildə səhhəti kəskin şəkildə pisləşdikdən sonra keçirilən prezident seçkilərində seçicilərin dörddə üçündən çoxu məhz onun müəyyənləşdirdiyi siyasi kursun davamına səs verib.  Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsi  və Moskvadakı fəaliyyəti barədə çıxış edən Azərbaycan tarixi kafedrasının baş müəllimi, t.ü.f.d. Elman Mirzəyev 1969-1987-ci illəri dirçəliş və tərəqqi dövrü kimi  xarakterizə edib.

Tədbirin növbəti hissəsində “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında Zəlimxan Yaqubun “Mən azərbaycanlıyam” şeiri ədəbi-bədii kompozisiya şəklində təqdim olunub. Ümumi tarix və  tarixin   tədrisi texnologiyası kafedrasının dosenti, t.ü.f.d. Afaq Piriyevanın “Anarxiyadan sabitliyə, tənəzzüldən davamlı inkişafa aparan 10 il (1993-2003-cü illər)” mövzusunda çıxış edib.

Tədbir Ulu Öndərə həsr olunmuş mahnının dinlənilməsindən sonra ADPU Tələbə Gənclər Təşkilatının sədri Çiçək Sultanlının “Gənc nəslə diqqət və qayğı- Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi” mövzusundakı çıxışı ilə yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search