Previous Next

ADPU-nun Şamaxı filialında “Yaşıl dünya naminə: Elmi tədqiqatlar və təcrübələr” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində filialın professor-müəllim heyətinin il ərzindəki elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş “Yaşıl dünya naminə: Elmi tədqiqatlar və təcrübələr” mövzusunda konfrans keçirilib.

Konfransın plenar iclasında filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd edib ki, konfrans 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilib. T.Yusifova Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini vurğulayaraq, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlərin aparıldığını diqqətə çatdırıb. Direktor professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib və konfransın işinə uğur arzulayıb.

Plenar iclasın ardınca konfrans işini 4 bölmədə - “Sosial və xüsusi elmlər”, “Pedaqogika və psixologiya elmləri”, “Riyaziyyat, informatika və onların tədrisi texologiyası elmləri”, “Filologiyanın aktual problemləri” bölmələrində davam etdirib. Birinci bölmədə 14, ikinci bölmədə 6, üçüncü bölmədə 6, dördüncü bölmədə isə 10 mövzu olmaqla, bölmə iclaslarında, ümumilikdə 36 iş üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search