Previous Next

Allah rəhmət eləsin!

Böyük təəssüf hissi ilə bildiririk ki, ADPU-nun Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, tanınmış pedaqoq, alim və tədqiqatçı, f.ü.f.d Yasin Qaraməmmədli dünyasını dəyişib. Qeyd edək ki, ADPU məzunu olan və 1984-cü ildən indiyədək ADPU-da çalışan Y.Qaraməmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli  Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Pedaqoji Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum alimimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Allah rəhmət eləsin!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search