Previous Next

“Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların VIII Respublika elmi konfransına tezislərin qəbuluna başlanılır

08-09 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək konfransın elmi bölmələri aşağıdakılardır:

  • Təhsildə strateji idarəetmə
  • İnnovasiyalar və təhsilin keyfiyyəti
  • Tədrisin müasir problemləri
  • Təhsildə sosial-psixoloji xidmət

Tezislərin tərtib olunma qaydaları:

Tezislərin mətni konfransın müvafiq bölməsinin mövzusuna uyğun olmalıdır. Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az. latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılmalıdır.

Məruzə mətninin formatı yuxarıdan və aşağıdan 25 mm, soldan və sağdan 20 mm olmaqla 3 səhifəyə qədər olmalıdır.

Mətnin əvvəlində tezisin adı, müəllifin soyadı, adı və atasının adı, imeyl ünvanı, mobil telefon nömrəsi, təmsil olunduğu müəssisənin adı, konfransın uyğun bölməsinin adı qeyd edilməlidir.

Tezislər A4 formatlı kağızda 3 səhifədən çox olmamaqla bir nüsxədə çap edilməli, kafedranın protokolundan çıxarış, elmi rəhbərin rəyi ilə birlikdə və elektron daşıyıcıda (CD disk) 18 mart 2025-ci il tarixinə qədər konfransın Təşkilat Komitəsinə təqdim olunmalıdır.

 

Ətraflı məlumat üçün klikləyin

Ünvan: Azərbaycan, Bakı AZ-1110, akad. Həsən Əliyev küçəsi 104

Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2 saylı tədris binası,

Magistratura və doktorantura şöbəsi, 3-cü mərtəbə, otaq 306

Əlaqə telefonu: (+99412) 493-05-85, (+99412) 465-81-53

İmeyl: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Web: http://www.adpu.edu.az

Təşkilat Komitəsi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search