Previous Next

ADPU-nun prorektoru İsraildə MASHAV proqramı çərçivəsində təlimlərdə iştirak edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva MASHAV Peşəkar İnkişaf Proqramı çərçivəsində  İsrailin Hayfa şəhərində keçirilən təlim proqramında iştirak edir. İsrailin Regional Əməkdaşlıq Nazirliyi və Təhsil Nazirliyinin tə.kilatçılığı ilə keçirilən builki proqram “İqlimdə dayanıqlılıq və ətraf mühit davamlılığı üçün təhsil” mövzusunu əhatə edir.

Proqram çərçivəsində Azərbaycanın qabaqcıl təhsil işçilərindən seçilmiş təlim iştirakçıları Qüds, Ölü dəniz və İsrailin aparıcı innovasiya mərkəzlərində ekspert dərslərində, praktik seminar və sahə səfərlərində iştirak ediblər.  Ətraf mühit təhsili və davamlılıq sahəsində qabaqcıl təcrübəyə sahib olan Roş Ha-Ayin şəhərindəki Afek məktəbi ziyarət edilib. Səfər zamanı şagirdlər GLOBE (Qlobal Öyrənmə və Müşahidələr Ətraf Mühitin Xeyrinə) proqramı çərçivəsində idarə etdikləri meteoroloji mərkəzi təqdim edərək ətraf mühitlə bağlı praktik tədqiqatlarını nümayiş etdiriblər. Həmçinin, ağacəkmə aksiyası həyata keçirilib.

Qeyd edək ki, MASHAV (İsrail Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi) 1958-ci ildə yaradılan və beynəlxalq inkişaf layihələri həyata keçirən təşkilatdır. İsrailin beynəlxalq inkişaf və humanitar sahələrdəki təcrübəsini digər ölkələrə təqdim etmək,  davamlı inkişaf məqsədlərinə çatmaq üçün beynəlxalq əməkdaşlıq qurmaq məqsədi daşıyan təşkilat, əsasən,  kənd təsərrüfatı, su təchizatı, səhiyyə, təhsil və texnologiya sahələrini priotet götürüb.

Proqramın həftəsonu yekunlaşacağı gözlənilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search