Previous Next

ADPU-nun müəllimləri beynəlxalq sertifikat alıblar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə "Certiport" şirkəti arasında əməkdaşlıq sahəsində niyyət məktubuna əsasən 5-30 iyun 2023-cü il tarixlərində  ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən universitetin professor-müəllim heyəti və tələbələri üçün "Microsoft sertifikatlı təlimçi" adlı təlim təşkil edib. Təlim Təhsildə İnnovativ Texnologiyalar (ITE)  Əlavə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılıb. Təlimdə iştirak edən  79 nəfər müəllim və 71 nəfər tələbə təlimlərin yekununda təşkil edilmiş imtahandan uğurla keçib.
2-25 dekabr 2024-cü il tarixlərində  universitetin professor-müəllim heyəti və əməkdaşları üçün “Microsoft Sertifikatlı Təlimçi” (Microsoft Certified Educator MCE) adlı təlim təşkil edilib. Təlimlər p.ü.f.d.  Vüsalə Əliyeva,  baş müəllim Rumiyyə Camalova , p.ü.f.d. Xalidə Həmidova və baş mütəxəssis Elnarə Allahverdiyeva tərəfindən aparılıb. 
Təlimlərin yekununda iştirakçıların 91%-i İTE tərəfindən keçirilən "Microsoft Sertifikatlı Pedaqoq (MCE)" imtahanında yüksək nəticə göstərib. İştirakçıların 72%-i "ICDL Komanda İşi" imtahanından uğurla keçib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search