Previous Next

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə prof. Cəfər Cəfərovun təbriki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dəyərli xanım əməkdaşları, əziz tələbələrimiz! 
Qadınlarımızın cəmiyyətin bütün sahələrində olduğu kimi elm və təhsildəki nailiyyətləri, gələcək nəsillərin layiqli yerişdirilməsində əməyi hər zaman yüksək qiymətləndirilir və böyük ehtiramla qarşılanır. Xüsusilə də ölkənin əsas müəllimlik ocağı olan Pedaqoji Universitetin pedaqoqlarının və gələcəyin müəllimləri olan tələbələrimizin rolu bu baxımdan əvəzolunmazdır.  
Hər birinizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, bu əlamətdar gündə sizə möhkəm cansağlığı,  tükənməz enerji və yeni uğurlar arzulayıram. 
Həyatınız hər zaman sevgi, hörmət və xoşbəxtliklə dolu olsun! 
Bayramınız mübarək!

Hörmətlə,
Professor Cəfər Cəfərov

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search