Previous Next

Gənc riyaziyyatçılar  ADPU-nun Heydər Əliyev Muzeyində  

Martın 12-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi keçirilib. Ulu Öndərin yüzillik yubileyi münasibətilə başlanan analoji fəaliyyət artıq üçüncü  ildir ki, universitetin müxtəlif fakültələrində davam etdirilir.  
Bu dəfə Riyaziyyat fakültəsi  tələbələrinin iştirak etdiyi dərs universitetin əsas tədris binasında yerləşən Heydər Əliyev Muzeyindən başlayıb. Mərkəzin əməkdaşı Aynurə Əsgərova tələbələri muzeydə  nümayiş olunan  eksponatlarla tanış edib, onlara arxiv sənədlərinin surətləri, fotoşəkillər, kitablar, suvenirlər və s. haqqında məlumat verib.
Muzeylə tanışlıq yekunlaşdıqdan sonra tədbir Heydər Əliyev Məktəbinin lektoriyasında davam edib. Burada əvvəlcə milli tariximizin 1969-2003-cü illəri əhatə edən tərəqqi və inkişaf dövrü - “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirə dinlənilib, sonra dünyanın məşhur dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri fikirlərdən ibarət slaydlar və müvafiq mövzuda sənədli film nümayiş olunub.
Sonda dərsin gedişində verilən məlumatlar və filmdə əks olunan məqamlar əsasında iştirakçılara suallar ünvanlanıb, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.  

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search