Martın 11-də Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) İdarə Heyətinin iclası keçirilib. İclasda regional və qlobal ali təhsil sahəsindəki inkişaf prosesi müzakirə olunub, universitetlərarası əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin daha da inkişafı üçün vacib qərarlar qəbul edilib.
Həmçinin 8-10 aprel 2025-ci il tarixlərində İstanbul Lütfi Kırdar Konqres və Sərgi Sarayında təşkil olunacaq Avrasiya Ali Təhsil Zirvəsi – EURIE 2025 hazırlıqları nəzərdən keçirilib.
İclasda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov ali təhsil sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.