Previous Next

ADPU-nun prorektoru beynəlxalq təlim proqramını uğurla tamamlayıb

İsrailin Regional Əməkdaşlıq Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə icra edilən MASHAV proqramı çərçivəsində  Hayfa şəhərində keçirilən  "Education for Climate Resilience and Environmental Sustainability" təlim proqramını uğurla tamamlayan Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinə sertifikat təqdim edilib. Təqdimetmədə İsrailin Azərbaycandakı  səfiri Ronen Kraus və Azərbaycanın İsrail dövlətindəki fövqəladə və səıahiyyətli səfiri Muxtar Məmmədov da iştirak ediblər.
Sertifikatla təltif edilənlər arasında Azərbaycan Dövlət Peaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva da olub. K. Pirverdiyevaya sertifikatı R.Kraus təqdim edib.
Qeyd edək ki, “İqlimdə dayanıqlılıq və ətraf mühit davamlılığı üçün təhsil” mövzusunu əhatə edən proqram çərçivəsində zərbaycanın qabaqcıl təhsil işçilərindən seçilmiş təlim iştirakçıları Qüds, Ölü dəniz və İsrailin aparıcı innovasiya mərkəzlərində ekspert dərslərində, praktik seminar və sahə səfərlərində iştirak ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search