Previous Next

Pedaqoji Universitetin Şəki filialı Novruzu qeyd edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Novruz bayramı münasibətilə “Bahar çələngi – Novruz  ənənələri” adlı  tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov açaraq, bütün kollektivi Novruz bayramı münasibətilə təbrik edib. Direktor filialın fəallığı ilə seçilən bir qrup əməkdaşını Fəxri Fərmanla təltif edib. 
Sonra filialın struktur bölmələri tərəfindən hazırlanmış Novruz xonçalarının baxış keçirilib. 
Tədbir tələbələrin hazırladıqları musiqi və rəqslərdən ibarət kompozisiyaları və Kosa ilə Keçəlin əyləncəli səhnələri ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search