Previous Next

ADPU-da sağlam həyat tərzinin təşviqinə dair görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrası” üzrə fəaliyyət planına uyğun olaraq tələbələrlə görüş keçirilib. 

“Yaxşı səhiyyə və rifah” istiqamətində maarifləndirməni gücləndirmək və Ümumdünya Səhiyyə Təşkilatının “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasının icrasına dəstək vermək məqsədilə təşkil olunan tədbirdə tələbələrə xüsusilə gənc nəsil arasında sürətlə yayılmaqda olan elektron siqaretlər (veyplər) və digər nikotindaşıyıcı qurğuların sağlamlığa zərərli təsirləri haqqında geniş və əhatəli məlumat verilib. 

Tədbirdə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Epidemiologiya şöbəsinin meneceri Şəhla Kazımova, Mərkəzin İctimai sağlamlıq şöbəsinin meneceri Nərmin Azadova və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin aparıcı məsləhətçisi Günay Quluzadə tütün məhsullarının, xüsusilə də gənclər arasında sürətlə yayılan elektron siqaretlərin orqanizmə zərərli təsirlərindən bəhs edib, həmçinin bu zərərli vərdişlərin qarşısını almağın yolları barədə də ətraflı təqdimatlar ediblər.

Görüşdə tələbələrlə interaktiv dialoq qurulub, onların mövzu ilə bağlı sualları cavablandırılıb və faydalı fikir mübadiləsi aparılıb. Tədbirin ümumi koordinasiyası isə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva tərəfindən həyata keçirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search