14 iyul 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan Fizika fakültəsi Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov iclasın gündəliyinə daxil olan məsələləri diqqətə çatdırıb. İclasın gündəliyinə 2021/22-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əsas nəticələri və qarşıda duran vəzifələr, 2022/23-ci tədris ilinin dərs yükü haqqında məlumat, cari məsələlərə ADPU-da 2021-ci il üçün fakültə, filiallar, kollec və sabah qruplarında aparılan institusional qiymətləndirmə haqqında, professor müəllim heyətinin akademik performansının qiymətləndirilməsi qaydaları daxil edilib. Dosent Arzu Daşdəmirov 2021/2022-ci tədris ilində yaz semestrində imtahan sessiyasının təşkili, mövcud problemlər və qiymətləndirmə, yekun dövlət attestasiyasının keçirilməsi, fakültənin statistik göstəriciləri haqqında geniş təqdimatla çıxış edib. Daha sonra Fizika fakültəsində təlim-tədris prosesinin kefiyyətinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd olundu ki, Fizika fakültəsi göstəricilərinə görə ADPU üzrə institusional qiymətləndirmədə ikinci yerdədir. Beynəlxalq elmi jurnallarda məqalələrin çap olunması faizinə görə Fizika fakültəsi ADPU üzrə ilk yerdədir. Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevinc Cəlilova və Əməyin texnologiyası kafedrasının müdiri dosent Səadət Musayeva kafedralar üzrə ümumi dərs yükü və auditoriya saatlarının miqdarı haqqında ətraflı məlumat veriblər. Yekunda fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov professor müəllim heyətinin akademik performansının qiymətləndirilməsi qaydalarını diqqətə çatdırıb. Bununla da Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası yekunlaşıb.